Azərbaycanda 20 bankın qeyri-faiz xərcləri artıb | Banco.az

Azərbaycanda 20 bankın qeyri-faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun bu ilin yanvar-mart aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub. 

Bunlar "AGBank", "Amrah Bank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Atabank", "Azərbaycan Sənaye Bankı", İran Milli Bankının Bakı filialı, "Bank VTB Azərbaycan", "Azər-Türk Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (76,6%), ən az azalma isə "AGBank"da (3,5%) qeydə alınıb.

Qalan 20 bankın qeyri-faiz xərcləri isə artıb. Ən yüksək dinamika "NBC Bank"da (51,8%), ən aşağı dinamika isə "Bank Avrasiya"da (0,4%) qeydə alınıb.

 

7 bankın qeyri-faiz xərcləri 10 milyon manatdan çoxdur

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin qeyri-faiz xərcləri 10 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (46,335 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (29,481 milyon manat), "PAŞA Bank" (15,825 milyon manat), "Access Bank" (15,241 milyon manat), "Unibank" (14,996 milyon manat), "Bank Respublika" (11,501 milyon manat) və "Xalq Bank"dır (11,439 milyon manat).

Qalan 23 bankdan 20-də qeyri-faiz xərcləri 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et