Azərbaycanda 20 bankın öhdəlikləri artıb | Banco.az

Azərbaycanda 20 bankın öhdəlikləri artıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-nin bu il aprelin 1-nə öhdəlikləri illik müqayisədə az olub.

Bunlar "Azərbaycan Sənaye Bankı" (ASB), "Turan Bank", "Rabitəbank", "Unibank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan" və "AGBank"dır.

Ən çox azalma "AGBank"da (7,6%), ən az azalma isə ASB-də (0,2%) qeydə alınıb.

Qalan 20 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (5,9 dəfə), ən aşağı dinamika isə "Bank Avrasiya"da (0,9%) qeydə alınıb.

5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 478,831 milyon manat), "PAŞA Bank" (4 286,681 milyon manat), "Kapital Bank" (3 912,41 milyon manat), "Xalq Bank" (1 861,659 milyon manat) və "Bank Respublika"dır (1 263,517).

Ən sərfəli kredit üçün müraciət et

Öhdəliklərin məbləği 20 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et