Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-iyun aylarında 725 milyon 162 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 76 milyon 217 min manat və ya 11,7% çoxdur.
Hesabat dövründə 2 sığorta şirkətinin yığımları 2 milyon manatdan az olub. Bunlar Bakı Sığorta (1,4 milyon manat) və İpək Yolu Sığortadır (1,5 milyon manat). İlk 6 ayda Paşa Həyat Sığorta yığımlarının həcminə (339 milyon 807 min manat) görə lider olub.
Bizi sosial şəbəkələrdən izləyin!!