Azərbaycanda 2 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub | Banco.az

Azərbaycanda 2 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-mart aylarında 373 milyon 140 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 26 milyon 230 min manat və ya 7,6% çoxdur.

Hesabat dövründə 2 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub. Bunlar Bakı Sığorta (805 min manat) və İpək Yolu Sığortadır (529 min manat). İlk 2 ayda Paşa Sığorta yığımlarının həcminə (143 milyon 591 min manat) görə lider olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram