Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-fevral aylarında 239 milyon 719 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 18 milyon 651 min manat və ya 8,4% çoxdur.
Hesabat dövründə 2 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub. Bunlar Bakı Sığorta (569 min manat) və İpək Yolu Sığortadır (386 min manat). İlk 2 ayda Paşa Sığorta yığımlarının həcminə (90 milyon 704 min manat) görə lider olub.
Bizi sosial şəbəkələrdən izləyin!!