Azərbaycanda 2 kredit təşkilatı birləşir! | Banco.az

Azərbaycanda 2 kredit təşkilatı birləşir!

Azərbaycanın bank sistemində daha bir maraqlı birləşmə gözləniir. Gürcüstanın TBC Bankının Azərbaycandakı  törəməsi olan TBC kredit və ölkəmizdə fəaliyyət göstərən Nikoyl bank birləşəcək. Artıq tərəflər arasında bununla bağlı razılaşma imzalanıb.

TBC Bank Azərbaycanın «Nikoyl» investisiya kommersiya bankı ilə strateji tərəfdaşlıq haqqında razılaşma imzalayıb. Razılaşmada məqsəd «TBC Bank Group PLC»in Azərbaycandakı biznesini inkişaf etdirməkdir.

Məlumata görə tərəfdaşlıq aşağıdakı məsələləri əhatə edəcək: .

1. TBC Bank ın törəmə bankı olan TBC Kredit və Bank "Nikoyl" birləşəcək. Amma bu məsələ hələ müvafiq qurumlar tərəfindən təsdiqlənməlidir. Birləşmədən sonra «TBC Bank» yeni yamranmış strukturda 10% paya malik olacaq.

2. Birləşmə başa çatandan sonra «TBC Bank» birgə yaradılan təşkilatın strategiyasının hazırlanmasına başlayacaq. «TBC Bank» eyni zamanda "Nikoyl" bankın rəhbərliyində də təmsil olunacaq və şirkəti n inkişafında mühüm rol oynayacaq. Maraqlı yeniliklərdən biri odur ki, «TBC Bank» Azərbaycanda yeni yaradılacaq qurumda özünün Gürcüstanın bank sektorundakı təcrübəsini, o cümlədən bir qədər əvvəl yaraılmış tamamilə rəqəmsal olan «Kosmos» bankının təcrübəsini istifadə edəcəkö Bu təcrübədən "Nikoyl" bankın inkişafı, o cümlədən kiçik və orta sahibkarlığın kreditləşməsi, eləcə də, pərakəndə satışlar üçün istifadə olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

3. Müqaviləyə görə, «TBC Bank» birləşmiş strukturda payını artırmaq və son nəticədə 50% +1 səhmə çatdırmaq üçün 3 illik opsion da alacaq.

«Mən çox şadam ki, «TBC Bank» «Nikoyl» bankın partnyoru oldu və səbirsizliklə gələcək əməkdaşlıımızı gözləyirəm. Bu Gürcüstan bazarında irəli getmiş TBC Bank üçün çox mühüm müqavilə idi. Hesab edirik ki, biz bu sahədəki böyük təcrübəmizi və çoxsaylı məhsullarımızı bank "Nikoyl"la bölüşə biləcəyik»-deyə «TBC Bank»ın baş direktoru Vaxtanq Butsrikkidze bildirib.

Biz TBC Bankla tərəfdaşlıq müqaviləsi imzalamaqdan məmnunuq, Bu bank öz sinfində mştərilərlə işləmək üçün ən yaxşı imknalara və rəqəmsal imkanlara malikdir. Birlikdə olaraq biz Azərbaycanın biznesi və insanları üçün yeni imkanlar təqdim edəcəyik» - deyə "Nikoyl"bankın baş direktoru Nikoloz Şurqayya bildirib.
 

İnterfax-Azərbaycan