Azərbaycanda 2 bank və 1 sığorta şirkətinin nizamnamə kapitalı - AZALDILIR | Banco.az

Azərbaycanda 2 bank və 1 sığorta şirkətinin nizamnamə kapitalı - AZALDILIR

“Bank Avrasiya”, “Xalq Bank” və “Xalq Sığorta” ASC-lərin səhmlərinin müvafiq olaraq 37,5%, 33,85% və 50%-nə nəzarət edən “Euro Standard” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetində məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, şirkətin kapitalının hazırda nə qədər olması və nə qədər azaldılacağı açıqlanmayıb. Yalnız o bildirilib ki, “Euro Standard”ın kreditorları “PAŞA Holdinq” MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına müraciət edə bilərlər.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et