Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır | Banco.az

Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Fevralın 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Zamin Bank" və "Atabank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Zamin Bank"a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 11 ünvanındakı dəyəri 53 min manat olan 41,4 kv.metrlik mənzildən və "Atabank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 275,7 kv.metrlik əsas, 39 kv.metrlik köməkçi sahədən ibarət qeyri-yaşayış binasından gedir.