Azərbaycanda 2 bağlanmış bankın 5 əmlakı hərraca çıxarılır | Banco.az

Azərbaycanda 2 bağlanmış bankın 5 əmlakı hərraca çıxarılır

Avqustun 29-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin, sentyabrın 5-də isə ləğv prosesində olan "Texnika Bank" ASC-nin 5 daşınmaz əmlakın satışı üzrə hərraclar keçiriləcək.

Bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, söhbət “AGBank”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Seyid Əzim Şirvani küçəsindəki dəyəri 200 min manat olan 312,4 kv.metrlik fərdi yaşayış evindən və "Texnika Bank"a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 542 min manat olan 2 ədəd, yenə də həmin ünvandakı dəyəri 525 min manat və 505 min manat olan qeyri-yaşayış sahələrindən gedir.