Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib | Banco.az

Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayı ərzində 22.3 milyon manat kredit verilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə (45.5 milyon manat) müqayisədə 23.2 milyon manat və ya 51% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 54.5 (illik müqayisədə 14% çox) milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram