Azərbaycanda 183 mln. manatdan çox ipoteka krediti verilib | Banco.az

Azərbaycanda 183 mln. manatdan çox ipoteka krediti verilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 183,2mln. manat kredit verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,6% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən illik müqayisədə 2,8 dəfə çox - 100 mln. manat vəsait ayrılıb. Fond özü isə 155 mln. manatlıq istiqraz buraxıb ki, bu da illik müqayisədə 22,5% azdır. 

Report.az