"Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir" | Banco.az

"Azərbaycanda 154 alman şirkəti fəaliyyət göstərir"

"İndiyə qədər Azərbaycanla Almaniya arasında 70-dən çox sənəd imzalanıb".

Bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə 9 müştərək layihənin icrasını davam etdirir: “4-ü yerli, 5-i beynəlxalq olmaqla ümumilikdə 9 müştərək layihənin icrası davam etdirilir. Bu layihələrin ümumi dəyəri 30 milyon avro civarındadır”.

N.Səfərov həmçinin qeyd edib ki, hazırda 154 alman şirkəti müxtəlif sahələr üzrə ölkəmizdə fəaliyyət göstərir:

Ən sərfəli kredit üçün müraciət et

“Bu şirkətlərdən bəziləri Azərbaycanda icra edilən, ümumi dəyəri 1,6 milyard dollar olan 66 layihədə podratçıdır. İndiyə qədər Almaniya Azərbaycana 615 milyon dollar investisiya yatırıb ki, bunun da 96%-i qeyri-neft sektoruna yönəldilib. Azərbaycan isə Almaniyaya 3 milyard dollar investisiya qoyub”.

Onun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24% çoxdur: “Almaniya Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır, bu ölkədən idxal etdiyimiz malların dəyərinə görə isə 1-ci yerdədir”. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et