Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin nizamnamə kapitalı illik müqayisədə artıb.
Bunlar "Bank VTB Azərbaycan", "Nikoyl Bank", "Bank BTB", "Yapı Kredi Bank Azərbaycan", "Bank Respublika", "Access Bank", "Rabitəbank", "Muğan Bank", "Xalq Bank", "Unibank", "Bank Silk Vey" və "AGBank"dır. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (6,2 dəfə), ən aşağı dinamika isə "AGBank"da (1,2%) qeydə alınıb.
Qalan 18 bankın isə nizamnamə kapitalı dəyişməyib.
5 bankın nizamnamə kapitalı 200 milyon manatdan çoxdur
Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin nizamnamə kapitalı 200 milyon manatdan çoxdur.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "PAŞA Bank" (333 milyon manat), "Bank VTB Azərbaycan" (315,815 milyon manat), "Nikoyl Bank" (245 milyon manat) və "Xalq Bank"dır (225,079 milyon manat).
Qalan 25 bankdan 8-də nizamnamə kapitalı 100-200 milyon manat arasında, 12 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 2 bankda - "Amrah Bank"da və Pakistan Milli Bankının Bakı filialında isə 50 milyon manatdan da azdır.
© "Renkinq"