Azərbaycanda 11 bankın faiz xərcləri artıb | Banco.az

Azərbaycanda 11 bankın faiz xərcləri artıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 16-nın bu ilin I rübündəki faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Bank Respublika", "Express Bank", "Bank of Baku", "Premium Bank", "Unibank", "Bank Avrasiya", "Muğan Bank", "Günay Bank", "Xalq Bank", "Access Bank", "AFB Bank", "AGBank", "Kapital Bank", "Azər-Türk Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Bank VTB Azərbaycan"dır.

Ən çox azalma "Bank VTB Azərbaycan"da (61,7%%), ən az azalma isə "Bank Respublika"da (1,2%) qeydə alınıb.

1 bankın - Pakistan Milli Bankının Bakı filialının son 1 ildə faiz xərcləri olmadığı üçün onun maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 11 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (2,2 dəfə), ən aşağı dinamika isə "Turan Bank"da (5,7%) qeydə alınıb.

4 bankın faiz xərcləri 10 milyon manatdan çoxdur

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 4-nün bu ilin I rübündəki faiz xərcləri 10 milyon manatdan çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (24 milyon 882 min manat), "Kapital Bank" (12 milyon 646 min manat), "Access Bank" (10 milyon 722 min manat) və "PAŞA Bank"dır (10 milyon 706 min manat).

Qalan 24 bankdan 17-də faiz xərcləri 1-10 milyon manat arasında, 7 bankda isə 1 milyon manatdan azdır.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et