Azərbaycanda 10 bankın qiymətli kağızlara investisiyaları azalıb | Banco.az

Azərbaycanda 10 bankın qiymətli kağızlara investisiyaları azalıb

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 21-nin bu il və ötən il yanvarın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 10-da fond bazarına investisiyaların illik dinamikası mənfi olub.

Həmin banklar "Rabitəbank", "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bank", "Yelo Bank", "Bank BTB", "Xalq Bank" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (35,8%), ən az azalma isə "Rabitəbank"da (15,8%) qeydə alınıb.

11 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Access Bank", "Bank of Baku", "Express Bank", "Unibank", "Turan Bank", "Bank Respublika", "Zıraat Bank Azərbaycan", "AFB Bank", "Kapital Bank", İran Milli Bankının Bakı filialı və "Azər-Türk Bank"dır. Ən yüksək dinamika "Access Bank"da (20,2 dəfə), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (8,2%) qeydə alınıb.

8 bank - "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Muğan Bank", "Günay Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

5 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 8-nin bu il yanvarın 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

Bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.

Digər 21 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 5-də investisiyaların məbləği 100 milyon manatdan çoxdur. Bunlar "PAŞA Bank" (1 096,496  milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (869,592 milyon manat), "Kapital Bank" (455,456 milyon manat), "AFB Bank" (125,304 milyon manat) və "Xalq Bank"dır (108,747 milyon manat).

Qiymətli kağızlara investisiyaların məbləği 13 bankda 10-100 milyon manat arasında, 3 bankda isə 10 milyon manatdan azdır.

Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et