Azərbaycanda 10 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib | Banco.az

Azərbaycanda 10 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.

Bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Bank of Baku", "Xalq Bank", "Express Bank", “Naxçıvan Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.

Adları çəkilən banklar bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə ümumilikdə 62,753 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (27,023 milyon manat), ən aşağı göstərici isə “Zıraat Bank Azərbaycan”da (197 min manat) qeydə alınıb.

Qalan 16 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 3-ü bu ilin 6 ayını zərərlə başa vurmuş “Bank Avrasiya” ASC, “Access Bank” QSC və Pakistan Milli Bankının Bakı filialıdır ki, onların da mənfəət vergisi ödəməməsi təbiidir. 

7 bankın mənfəət vergisi ödəmələri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin yanvar-iyun aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bunlar “Bank of Baku” və “Express Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Qalan 7 bankdan 6-nın – “PAŞA Bank”, “Kapital Bank”, "Xalq Bank", “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı” və “Azərbaycan Sənaye Bankı” ASC-lərin mənfəət vergisi ödəmələri azalıb, 1 bank - “Naxçıvan Bank” ASC isə bu ilin 6 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onun vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb. 

Ən sərfəli kredit üçün müraciət et

1 bankın - İran Milli Bankının Bakı filialının isə mənfəət vergisi ödəmələri 100% azalıb.

Bu ilin I yarısında mənfəət vergisi ödəməmiş 15 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb. 

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et