Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-aprel aylarında 773 milyon 337 min dollarlıq yeyinti məhsulları idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,4% və ya 25 milyon 125 min dollar artıb.
Məlumata görə, 2023-cü ilin ilk 4 ayında idxal edilən yeyinti məhsullarının dəyəri 748 milyon 212 min dollar olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 14,15% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!