Azərbaycana yanvar-avqustda 12 milyon dollarlıq dəniz məhsulları idxal edilib | Banco.az

Azərbaycana yanvar-avqustda 12 milyon dollarlıq dəniz məhsulları idxal edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 11,979 mln. ABŞ dolları dəyərində 5 095,49 ton dəniz məhsulları idxal edilib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparımış hesablamalara görə, cari ilin ilk səkkiz ayında ölkəyə 68 kateqoriya üzrə idxal olunan dəniz məhsullarından ən çox dondurulmuş şimal və cənub putassusu olub – 2,382 mln. dollar dəyərində 999,77 ton. Bu növ balıqlar əsasən Yeni Zelandiyadan idxal olunub. Ümumiyyətlə, hesabat dövründə təkcə bu ölkədən Azərbaycana 1 721,43 mln. dollar dəyərində 688,57 ton dondurulmuş putassu gətirilib.

Dəniz məhsullarının idxalına görə ikinci yeri şirin suda yaşayan dondurulmuş balıq və nərələr tutub – 705,89 ton. Bu balıq növləri ölkəyə Rusiyadan gətirilib.

İdxal edilən dəniz məhsullarının üçüncü yerində əsasən İslandiyadan idxal olunan dondurulmuş skumbriya qərarlaşıb – 593,16 ton.

Qeyd edək ki, yanvar-avqustda Azərbaycana idxal olunmuş dəniz məhsulları əsasən Yeni Zelandiya, Rusiya, İslandiya, Çili, Kanada, Hindistan və Vyetnamdan gətirilib.

Yanvar-avqustda Azərbaycana idxal edilən TOP-10 dəniz məhsulu:

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et