Azərbaycan və Arxangelsk arasında əməkdaşlıq haqqında hökumətlərarası saziş hazırlanır. Arxangelsk vilayətinin qubernatoru və hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, bunu vilayətin qubernatoru İqor Orlov deyib.
“Saziş hazır olduqdan və və tərəflər arasında imzalandıqdan sonra təmas nöqtələri tapmaq, yeni bazarı öyrənmək və fikir mübadiləsi aparmaq üçün Arxangelsk vilayətindən Azərbaycana biznes nümayəndə heyətinin göndərilməsi planlaşdırılır”, - deyə o, Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikovla görüşdə vurğulayıb.
İ.Orlovun sözlərinə görə, tərəflər, həmçinin Pomorye diyarı ilə Azərbaycanın bir rayonu arasında qardaşlaşma haqqında saziş bağlanmasında da maraqlıdırlar.
© İnterfaks-Azərbaycan