Azərbaycana tütün məmulatlarının idxalı azalıb | Banco.az

Azərbaycana tütün məmulatlarının idxalı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin analoji dövrünə nisbətən azalıb.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, hesabat dövründə ölkəyə dəyəri 97  milyon 896,24 min ABŞ dolları olan tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon 212,89 min dollar və ya 15,7% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,85%-nə bərabər olub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et