​​​​​​​Azərbaycana turist axını 2 dəfədən çox artıb | Banco.az

​​​​​​​Azərbaycana turist axını 2 dəfədən çox artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 128 ölkəsindən 74,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 35,3 faizi Rusiya Federasiyası, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, hər birindən 1,1 faiz olmaqla Böyük Britaniya və Küveyt, 0,9 faizi Qazaxıstan, 0,8 faizi Oman, hər birindən 0,6 faiz olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 81,2 faizini kişilər, 18,8 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından - 438,9 dəfə, Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan - 8,5 dəfə, İsraildən - 7,1 dəfə, ABŞ-dan - 3,0 dəfə, Qazaxıstandan - 2,7 dəfə, Rusiya Federasiyasından - 2,1 dəfə, Ukraynadan - 2,0 dəfə, İrandan - 2,0 dəfə, Fransadan - 2,0 dəfə, Türkiyədən - 1,7 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə artmış, Gürcüstandan gələnlərin sayı isə 3,0 faiz azalmışdır.

2021-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 16,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 29,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 2,8 min nəfər olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4 faizi dəmir yolu və avtomobil, 55,5 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et