Azərbaycana sürətli pul köçürmələri artıb | Banco.az

Azərbaycana sürətli pul köçürmələri artıb

Cari ilin mart ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 123,2 milyon manat həcmində vəsait daxil olub.

Mərkəzi Bankın məlumatına əsasən, eyni dövrdə banklardan xarici istiqamətlərə göndərilən pul köçürmələrinin həcmi 38,3 milyon manat təşkil edib.

 Ötən ilin eyni ayı ilə müqayisədə ölkəyə daxil olan vəsait 10,5%, xaricə köçürülən məbləğ isə 3,5% artım göstərib.

Ümumilikdə isə 2025-ci il ərzində sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycandakı banklara 1 milyard 758,8 milyon manat daxil olub. Həmin il ərzində banklardan xaricə köçürülən vəsaitin ümumi həcmi 490,4 milyon manat səviyyəsində olub.