Azərbaycana sentyabrda ən çox turist bu ölkələrdən gəlib | Banco.az

Azərbaycana sentyabrda ən çox turist bu ölkələrdən gəlib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 983 min 361 nəfər turist (illik müqayisədə 30% çox) gəlib.

Banco.az Dövlət Turizm agentliyinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövründə ölkəyə gələn turist sayı 1 milyon 536 min 375 nəfər idi.

Təkcə ötən ay ölkəyə gələn turistlərin sayı isə 235 min 329 nəfər olub. Sentyabrda Azərbaycana ən çox turist aşağıdakı 5 ölkədən gəlib:

Rusiya – 62.6 min

Türkiyə – 38.7 min

Hindistan – 19.9 min

Ən sərfəli kredit üçün müraciət et

İran – 17.7 min

Gürcüstan – 10.9 min

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et