Azərbaycana qaz ixracından daxil olan valyuta artır | Banco.az

Azərbaycana qaz ixracından daxil olan valyuta artır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar ayında ölkədən 1 milyard 931 milyon 879 min kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 739 milyon 790 min ABŞ dolları olub.

Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 7,6 dəfə, dəyər baxımından isə 5,3 dəfə artıb.

Qeyd edək ki, yanvarda Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,12% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram