Azərbaycana milyardlar gətirən yataqlardan hasilat cüzi azalıb | Banco.az

Azərbaycana milyardlar gətirən yataqlardan hasilat cüzi azalıb

Azəri-Çıraq-Günəşlidən (AÇG) hasilat cüzi azalıb.

2018-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir.  İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (46 000), Mərkəzi Azəri (154 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 584 000 barel və ya ümumilikdə təqribən 213 milyon barel, yəni təxminən 29 milyon ton olub.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ildə  Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (137 000), Qərbi Azəri (124 000), Şərqi Azəri (82 000), Dərinsulu Günəşli (117 000) və Qərbi Çıraq (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton təşkil etmişdi.

marja