Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin birinci yarısında 145 milyon 565 min ABŞ dolları dəyərində 493 min 210 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 1,8%, həcmi isə 23% artıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 295 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% azdır.
Əlavə edək ki, bu ilin 6 ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,78%-nə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!