Azərbaycana Hindistandan gələn turistlərin sayı 2 dəfədən çox artıb | Banco.az

Azərbaycana Hindistandan gələn turistlərin sayı 2 dəfədən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 179 ölkəsindən 1 milyon 231,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirlib ki, gələnlərin 29,2 %-i Rusiya Federasiyası, 17,3 %-i Türkiyə, 9,7 %-i Hindistan, 8,7 %-i İran, 4,1 %-i Gürcüstan, 3,2 %-i Səudiyyə Ərəbistanı, 3,1 %-i Qazaxıstan, 2,5 %-i Pakistan, hər birindən 1,7 % olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,3 % olmaqla Çin, Küveyt və Türkmənistan, 1,1 %-i Belarus, 12,4 %-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 68,2 %- kişilər, 31,8 %-i qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,4 dəfə, Çindən - 2,3 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Pakistandan - 47 % Tacikistandan - 45,8 %, İtaliyadan - 41,8 %, İordaniyadan - 37,6 %, Yəməndən - 37,6 %, Küveytdən - 37,2 %, Türkmənistandan - 36,8 %, Bəhreyndən - 34,7 %, Polşadan - 34 %, Misirdən - 29,2 %, Özbəkistandan - 26,9 %, ABŞ-dan - 23,6 %, Ukraynadan - 22,2 %, Almaniyadan - 22,1 %, Türkiyədən - 21,1 %, Rusiya Federasiyasından - 19 %, Fransadan - 15,7 %, Gürcüstandan - 13,1 %, Birləşmiş Ərəb Əmirliklərindən - 8,1 % artıb..

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 49 % artaraq 200 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30 % artaraq 46,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 22,3 % artaraq 472,8 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5 %-i hava, 25,2 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Ən sərfəli krediti almaq üçün müraciət et