Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayrılacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayrılacaq

Dünya Bankı (DB) Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayıracaq.

"APA-Economics" xəbər verir ki, kreditin ayrılması barədə rəsmi sənəd bu axşam təsdiqlənəcək.

Kredit əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəlib.

DB-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayevin sözlərin görə, sözügedən vəsait məcburi köçkünlər üçün bir sıra imkanlara yol açacaq: "Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələ üçün lazım olacaq kapital ayrılacaq".