Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2024-cü ilin yanvar-fevral aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 79 milyon 278 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 68 milyon 999 min dollar və ya 46,5% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,24%-ni təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Azərbaycan 148 milyon 277 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!