Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2023-cü ildə idxal olunan əczaçılıq məhsullarının dəyəri 560 milyon 837 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 92 milyon 99 min dollar və ya 14,1% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,24%-ni təşkil edib.
2023-cü ildə ölkənin əczaçılıq məhsullarının ixracından qazancı isə 14 milyon 706 min dollar dəyərində olub.
Əlavə edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycan 652,9 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib. İxrac isə 2,3 milyon dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!