Azərbaycana çay idxalı azalıb | Banco.az

Azərbaycana çay idxalı azalıb

2026-cı ilin yanvar-aprel aylarında ölkəyə 3 min 877,18 ton çay idxal edilib.

Banco.az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası məlumat verib.

Belə ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 min 343,91 ton və ya 25,7% azdır. Belə ki, 2025-ci ilin ilk 4 ayında Azərbaycana 5 min 221,09 ton çay gətirilib.

Hesabat dövründə çay idxalının statistik dəyəri 24 milyon 500,79 min dollar təşkil edib. 2025-ci ilin yanvar-aprel aylarında bu rəqəm 31 milyon 828,58 min dollar olub.

Beləliklə, illik müqayisədə çay idxalının dəyəri 7 milyon 327,79 min dollar və ya 23,0% azalıb.