Azərbaycana buğda idxalı 5% artıb | Banco.az

Azərbaycana buğda idxalı 5% artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 154 milyon 660 min ABŞ dolları dəyərində 429 min 806.11 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 49%, həcmi isə 5,1% artıb. Qeyd edək ki, buğdanın dəyərinin həcmə nisbətən kəskin artması onun dünya bazarında bahalaşması ilə bağlı olub. Belə ki, ötən ilin yeddi ayında Azərbaycana idxal edilən buğdanın hər tonunun orta qiyməti 253,8 dollar olubsa, bu ilin eyni dövründə bu rəqəm 359,8 dollara kimi artıb.

Xatırladaq ki, bu ilin yeddi ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,65%-nə bərabər olub.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et