2019-cu ilin 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 240 milyon 747 min dollar dəyərində 1 milyon 113 min ton buğda idxal olunub.
Təkcə sentyabrda 54 milyon 534 min dollar dəyərində 260 min ton buğda idxal edilib.
Cari ilin 8 ayındada Azərbaycana 186 milyon 213 min dollar dəyərində 852 min 878 ton buğda idxal edilmişdi.
2018-ci ilin 9 ayında isə Azərbaycana 151 milyon 427 min dollar dəyərində 829 min 249 ton buğda idxal edilmişdi. 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında buğda idxalı dəyər ifadəsində 89 milyon 320 min manat, miqdar ifadəsində isə 283 min 629 ton çoxdur.
Marja