Azərbaycana avtomobil idxalında 2019-un rekordu | Banco.az

Azərbaycana avtomobil idxalında 2019-un rekordu

2019-cu ilin yanvar-oktyabr ayları ərzində (10 ayda) Azərbaycana 35 min 457 ədəd cəmi nəqliyyat vasitələri (avtomobillər) idxal olunub.

Bu, 2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-oktyabr dövründə ölkəmizə 19 min 336 nəqliyyat vasitələri idxal olunmuşdu.

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda 3 min 721 ədəd, Sentyabrında 4 min 213 ədəd, Oktyabrında isə 4 min 549 ədəd nəqliyyat vasitəsi idxal edilib. Oktyabr 2019-cu ildə ən çox nəqliyyat vasitəsinin idxal edildiyi aydır.

Ən sərfəli kredit üçün müraciət et

O cümlədən, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 31 min 934 ədəd minik avtomobili, 441 ədəd avtobus, 2 min 934 ədəd yük avtomobili və 148 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr dövründə 17 min 345 ədəd minik avtomobili, 179 ədəd avtobus, 1 722 ədəd yük avtomobili və 90 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et