Azərbaycana avtomobil idxalı artmaqda davam edir | Banco.az

Azərbaycana avtomobil idxalı artmaqda davam edir

2020-ci ilin yanvar-sentyabr dövründə Azərbaycana 462 milyon 654 min dollar dəyərində 38 min 632 ədəd avtomobil idxal edilib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verilir ki, ötən ilin 9 ayı ilə müqayisədə 2020-ci ilin 9 ayında avtomobil idxalı 7 min 724 ədəd və ya təxminən 25% artıb. 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana 30 min 908 ədəd avtomobil idxal edilmişdi.

Cari ilin 9 ayında ayda ölkəmizə 36 min 36 ədəd minik avtomobili, 129 ədəd avtobus, 2 min 377 ədəd yük avtomobili və 90 ədəd xüsusi təyinatlı avtomobil idxal edilib.

Sentyabr ayında ölkəmizə 5 min 454 ədəd avtomobil idxal edilib. 

marja

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et