Azərbaycana avtomobil idxalı 37%-dən çox azalıb | Banco.az

Azərbaycana avtomobil idxalı 37%-dən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-may aylarında 26 805 ədəd (illik müqayisədə 15 981 ədəd və ya 37,4% az) avtomobil idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtomobillərin dəyəri isə 542 milyon 270 min dollar təşkil edib.

Bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 247 milyon 482 min dollar və ya 31,3% azdır.

Qeyd edək ki, ötən ilin ilk 5 ayında ölkəyə 789 milyon 752 min dollarlıq 42 786 ədəd avtomobil idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram