Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-apel aylarında 21 120 ədəd (illik müqayisədə 12 647 ədəd və ya 37,5% az) avtomobil idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtomobillərin dəyəri isə 443 milyon 619 min dollar təşkil edib.
Bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 172 milyon 519 min dollar və ya 28% azdır.
Qeyd edək ki, ötən ilin ilk 4 ayında ölkəyə 616 milyon 138 min dollarlıq 33 767 ədəd avtomobil idxal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
