Azərbaycana avtomobil idxalı 21% artıb | Banco.az

Azərbaycana avtomobil idxalı 21% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 27 792 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkəyə 25 999 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 25% çoxdur.

Bundan başqa, bu ilin yeddi ayında ölkəyə 1 615 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 17% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 101 ədəd (artım 27,3% az) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 77 ədəd (15 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəyə 2 453 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ən sərfəli kredit üçün müraciət et

Ümumi olaraq, yanvar-iyul aylarında avtomobil idxalının dəyəri 340 968,72 min ABŞ dolları təşkil edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et