Azərbaycana alma ixracından daxil olan valyuta 80% artıb | Banco.az

Azərbaycana alma ixracından daxil olan valyuta 80% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyun aylarında 22 milyon 551 min dollar dəyərində 34,8 min ton alma ixrac edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin alma ixracı illik müqayisədə dəyər baxımından 80%, həcm ifadəsində isə 86% artıb.

Qeyd edək ki, ötən ilin birinci yarısında ölkənin alma ixracının dəyəri 12,5 milyon dollar, həcmi isə 18,7 min ton olub.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram