Azərbaycana 333 ədəd avtobus idxal edilib | Banco.az

Azərbaycana 333 ədəd avtobus idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-may aylarında 333 ədəd avtobus idxal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 39 milyon 21 min dollar və ya 3,4 dəfə artıb. 

Belə ki, 333 ədəd avtobusa görə ölkədən 55 milyon 257 min ABŞ dolları valyuta çıxıb. 

Qeyd edək ki, bu il ölkəyə gətirilən avtobuslar say etibarı ilə 2025-ci ilin eyni dövrünə nisbətdə 123 ədəd artıb. 2025-ci ilin ilk 5 ayında 210 ədəd avtobus idxal edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram