"Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər” | Banco.az

"Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər”

“Neftin qiyməti proqnozlaşdırılan həddən aşağı olarsa, Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər”.

Bunu Milli Məclisin bu günkü iclasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, deputat Ziyad Səmədzadə bildirib.
 

Komitə rəhbəri qeyd edib ki, neftin qiymətinin 2015-ci ilin dövlət büdcəsində 90 dollar müəyyən edilib. 

“Dünya bazarlarında qiymət 75-80 dollar da ola bilər. Bu dünya siyasətidir və bizim ona müdaxiləmiz qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Azərbaycanda heç bir sosial proqram yarımçıq qalmayacaq”.

Komitə rəhbəri Azərbaycan yollarındakı köhnə istehsallı maşınlardan da danışıb. O, qeyd edib ki, Azərbaycan “Avro-4” standartına keçsə də, problemlər hələ də mövcuddur. Milli Məclis üzvünün sözlərinə görə, problemləri aradan qaldırmaq üçün xüsusi proqramlar hazırlanmalıdır. Bu həm də Azərbaycan ekologiyasına da müsbət təsir edəcək.  

Ən sərfəli kredit üçün müraciət et

Ziyad Səmədzadə deyib ki, Azərbaycan investisiyaların qoyulması ilə bağlı beynəlxalq məsləhətçilərin sözünə baxsaydı, bu gün ölkə iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi. “Azərbaycan hökuməti haqlı olaraq mövcud imkanlarla səylərini problemlərin həllinə yönəldib”.

Komitə sədri onu da bildirib ki, Azərbaycan emal sənayesini 15-20%-ə qədər artıra bilər ki, bu da bir çox sahələrə müsbət təsir edəcək: “Maşınqayırma sənayesi də inkişaf etdirilməlidir. Ölkədə aqrar sahədə də ciddi işlər görülür, dövlət propqramı hazırlanır. Məsələlərlə bağlı Statistika Komitəsi ilə də danışıqlar aparırıq”.

ANS PRESS 

Ən sərfəli krediti almaq üçün müraciət et