Azərbaycan yeni iqtisadi inkişaf modeli axtarışında | Banco.az

Azərbaycan yeni iqtisadi inkişaf modeli axtarışında

Azərbaycan yeni iqtisadi inkişaf modeli axtarışında

Banco.az saytı day.az xəbər portalına istinadən yazır.

Azərbaycan öz iqtisadi inkişaf modelinin inkişafı üçün, Asiya ölkələrinin potensial  mexanizmlər və iqtisadi inkişaf modellərinin axtarışı üzrə təcrübəsinə çox böyük maraq göstərir.

Bu barədə barədə ölkənin  Maliyyə Naziri Samir Şərifov, bazar günü Bakıda keçirilmiş Asiya inkişaf Bankının İdarəetmə şurasının 48-ci  seminarında  bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“İqtisadiyyatın son onilliyində Asiya ölkələri nəzərə çarpacaq dərəcədə inkişaf edir. İlin ortalarına olan  yüksəliş göstəricisi 6 % təşkil edir. Bununla bağlı fərqli ölkələrdə müxtəlif inkişaf modellərindən istifadə olunur. Məsələn, Azərbaycan kimi təbii ehtiyatlarla zəngin  ölkələrdə bu tip resurlar, iqtisadi inkişafın aparıcı faktoruna çevrilir .”-deyə o çıxışında bildirib.

Nazirin sözlərinə görə, xarici və daxili mühitin  dəyişməsi ilə əlaqədar olaraq, Asiya ölkələri iqtisadi modellərini gözdən keçirməli və bu moellərin yeni şərait altında uyğunlaşdırılması və ya daha fərqli yollar araşdırmalıdı ki, Azərbaycan da bu tip ölkələrdəndir.

Müəllif: Fidan Maqbet qızı

Ən sərfəli krediti almaq üçün müraciət et