Azərbaycan Yaponiyaya birbaşa xarici investisiya qoyuluşunu artırıb | Banco.az

Azərbaycan Yaponiyaya birbaşa xarici investisiya qoyuluşunu artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ildə Azərbaycan Yaponiya iqtisadiyyatına 25 milyon 410 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 21 milyon 773 min ABŞ dollar və ya 7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Yaponiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,4% təşkil edib.

Eyni dövrdə Yaponiya Azərbaycan iqtisadiyyatına 241 milyon 482 min ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 35 milyon 791 min ABŞ dollar və ya 12,9% azdır.

Yaponiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı isə 3,4%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram