Azərbaycan yanvarda 72 ölkəyə məhsul ixrac edib | Banco.az

Azərbaycan yanvarda 72 ölkəyə məhsul ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3270,0 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, ticarət dövriyyəsinin 2127,9 milyon dollarını və ya 65,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 1142,1 milyon dollarını (34,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 985,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,8 faiz, real ifadədə 18,0 faiz, o cümlədən idxal 29,7 faiz, ixrac isə 12,8 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et