Azərbaycan yanvar-may aylarında 106 ölkəyə məhsul ixrac edib | Banco.az

Azərbaycan yanvar-may aylarında 106 ölkəyə məhsul ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 106 ölkəyə məhsul ixrac olunub, 175 ölkədən idxal olunub.

Məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 19602,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 12763,6 milyon dollarını və ya 65,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 6838,7 milyon dollarını (34,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5924,9 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,2 faiz azalıb, real ifadədə isə 2,3 faiz artıb. İdxal real ifadədə 11,1 faiz artıb, ixrac isə 0,5 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram