Azərbaycan Xorvatiyaya neft ixracını 61%-dən çox artırıb | Banco.az

Azərbaycan Xorvatiyaya neft ixracını 61%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-noyabr aylarında Xorvatiyaya 873 milyon 398 min dollar dəyərində 1 milyon 436 min ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 338 milyon 406 min dollar və ya 63,3% artıb.

Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-noyabr aylarına nisbətdə 61,1% artıb. 

Hesabat dövründə Xorvatiya Azərbaycanın üçüncü ən böyük neft idxalçısı olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram