Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-mart aylarında Xorvatiyaya 238 milyon 672 min dollar dəyərində 428 min 402 ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 188 milyon 231 min dollar və ya 4,7 dəfə artıb.
Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-mart aylarına nisbətdə 5,4 dəfə artıb.
Hesabat dövründə Xorvatiya Azərbaycanın dördüncü ən böyük neft idxalçısı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!