Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 12 mlrd. kubmetr qaz ixrac olunub. Bu, illik müqayisədə 7,5% çoxdur.
Banco.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşıb.
Məlumata görə, hesabat dövründə Avropaya 5,7 mlrd. kubmetr, Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu (TANAP) Türkiyəni 2,8 mlrd. kubmetr qazla təchiz edib.
Bizi sosial şəbəkələrdən izləyin!!