Azərbaycan xaricdən 28,9 milyon dollarlıq düyü alıb | Banco.az

Azərbaycan xaricdən 28,9 milyon dollarlıq düyü alıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 28 milyon 910 min dollar dəyərində 27 min 335 ton düyü idxal edilib.

Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.

Düyü idxalı 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə dəyər baxımından 4 milyon 953 min və ya 20,7%, miqdar ifadəsində isə 1,2% artıb. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 23 milyon 957 min dollar dəyərində 27 min 22 ton düyü idxal edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et