Azərbaycan xaricdən 26 milyon dollarlıq düyü alıb | Banco.az

Azərbaycan xaricdən 26 milyon dollarlıq düyü alıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-may aylarında Azərbaycana 25 milyon 811 min dollar dəyərində 27 min 210 ton düyü idxal edilib.

Banco.az bu barədə Dövlət Gömrük Komistəsinə istinadən xəbər verir.

Düyü idxalı 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə dəyər baxımından 8 milyon 66 min və ya 23,8%, miqdar ifadəsində isə 16,5% azalıb. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəmizə 33 milyon 877 min dollar dəyərində 32 min 586 ton düyü idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram